Baş nazir: “Biz hamımız yaxşı başa düşürük ki, iqtisadiyyatımızın əsas yüksəlişi iş yerləridir”

Manshet İqtisadiyyat

“Biz hamımız yaxşı başa düşürük ki, iqtisadiyyatımızın əsas yüksəlişi iş yerləridir”.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxariya iqtisadiyyat sahəsinin ekspertləri ilə görüşü zamanı bildirib.

Hökumət başçısının qeyd etdiyinə görə, dövlətin borcudur ki, ölkədə sağlam, güclü biznes bölməsi yaranana qədər sosial yükü daşısın.

“Faktiki olaraq, biz deyirik ki, biz və siz də gördüyünüz problemləri masaya çıxarmağa və müzakirə etməyə hazırıq. Müvafiq olaraq, sağlam disskusiya hissəsində əminik ki, ölkənin iqtisadi artımına və sosial sabitliyin qorunub saxlanılmasına orientirləşdirilmiş çıxış yolunu tapacağıq. Yekunda iqtisadiyyat barəsində danışarkən iş yerlərinin sayına gedib çıxırıq. Əsas məqsəd islahatlaşdırma olacaq ki, iş yerlərinin artırılması vasitəsi ilə sağlam iqtisadi artım yaradaq”, – Qaxariya bəyan etdi.