BMT Gürcüstana 100 milyon dollar xərcləyəcək

İqtisadiyyat Manshet

BMT-nin 16 müxtəlif agentliyi 2019-2020-ci illərdə, Gürcüstanda müxtəlif layihələr üçün 100 milyon dollar xərcləyəcək.

Nsa.ge 1tv.ge-yə istinadən bildirir ki, növbəti 2 ilin prioritetlərini Birləşmiş Millətlər Təşkilatı Gürcüstan iqtidarına 2018-ci ilin hesabatı ilə bərabər təqdim edib.

BMT-nin Gürcüstanda həyata keçirəcəyi yardım və əməkdaşlıq layihələri bir çox sahələri əhatə edəcək.

Gürcüstanda BMT-nin daimi koordinatoru və BMT-nin inkişaf proqramının daimi nümayəndəsi Luiza Vinton deyib ki, BMT-nin fəaliyyətinin əsas istiqaməti və məqsədi odur ki, heç bir vətəndaş inkişafdan kənarda qalmasın”.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir