Bu gündən yeni 10 larilik əsginaslar dövriyyəyə buraxılır

Manshet İqtisadiyyat

Milli Bank yeni 10 larilik əsginasları dövriyyəyə buraxır.

Nsa.ge xəbər verir ki, oktyabrın 1-dən yenilənmiş 10 larlik əsginasları  dövriyyədə görmək mümkün olacaq.

Milli Bankdan bildirilib ki, yenilənmiş banknotun üzərində Gürcüstanın mədəni-tarixi və ənənəvi dəyərlərini əks olunub.

Yeniləşdirilmiş 10 lariliyin ön hissəsində Akaki Çeretelinin fərqli portreti əks olunub.

Valyutanın digər üzərində isə gürcü rəssam David Kakabadzenin “İmereti-mənim anam” əsəri təsvir edilib.