Bu il Gürcüstana hansı ölkələrdən səfər edənlərin sayı açıqlanıb

İqtisadiyyat Manshet

Bu il Gürcüstana ən çox səfər edənlərin ilk sırasında Azərbaycan yer alır. Beləki Azərbaycandan Gürcüstana 292 902 nəfər səfər edib.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasından bildirilib.

İllik müqayisədə Azərbaycandan Gürcüstana səfər edənlərin sayında 8 651 nəfər artım qeydə alınıb.

Bu göstərici ilə yanvar-mart aylarında Azərbaycan vətəndaşları Gürcüstana səfər edənlərin sayı baxımından birinci yeri tutub. İkinci yerdə 254 077 nəfərlə Rusiya, üçüncü yerdə isə 232 449nəfərlə Ermənistan vətənaşları qərarlaşıb.

Ölkəyə ümumilikdə, 1 617 548 əcnəbi ziyarətçi səfər edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,2% çoxdur. Turistlərin sayı isə illik müqayisədə 5,1% artaraq 882 130 nəfər təşkil edib. 

News Space Agency