Buraxılış imtahanları ləğv edildi – Parlament təsdiqlədi

Manshet İqtisadiyyat Mədəniyyət

Gürcüstan parlamenti məktəblərdə buraxılış imtahanları ilə bağlı yeni qanun layihəsi təsdiqləyib.

News Space Agency məlumat verir ki, parlament attestat imtahanlarının ləğv olunması ilə bağlı təşəbbüsü bu gün parlament iclasında təsdiq edib.

Belə ki, iclasda 80 deputat qanun layihəsinin lehinə, 8-i isə əleyhinə səs verib. Xatırladaq ki, iqtidarın bu təşəbbüsü aprelin 5-də parlament iclasında yaranan texniki səbəblərə görə qəbul edilməmişdi. Gürcüstanda orta məktəblərdə buraxılış imtahanları 11 və 12-ci siniflərdə keçirilirdi.

“Ümumi təhsil haqqında” qanunun qüvvəyə minməsindən sonra attestat almaq üçün şagirdlər bütün fənnlər üzrə 10 ballıq sistem üzrə 5 baldan çox qiymət almalıdırlar. Əvvəlki illərdə buraxılış imtahanlarından kəsilən şagirdlər də bütün fənnlərdən 5-dən çox bal qazanıblarsa, attestat ala biləcəklər.