BVF Gürcüstanın iqtisadi artım proqnozunu sabit saxlayıb

Manshet İqtisadiyyat

Beynəlxalq Valyuta Fondu (BVF) 2019-cu ildə Gürcüstanın iqtisadi artım tempi proqnozunu sabit saxlayıb.

Nsa.ge xəbər verir ki, BVF-nin Gürcüstandakı nümayəndəliyinin yaydığı press-relizdə Gürcüstanın iqtisadi artım tepminin bu il 4,6% olacağı proqnozlaşdırılıb.

“Nisbətən az əlverişli iqtisadi şəraitə baxmayaraq, 2019-cu ilin birinci yarısında iqtisadi fəaliyyət planlaşdırılandan daha yaxşı olub – təxminən 5%. Avqust ayı etibarilə inflyasiyanın artması (illik 4.9 faiz), aksiz vergilərinin və  ərzaq qiymətlərinin artması və larinin  dəyərinin azalması ilə əlaqədardır”, – deyə qurumdan bildirilib.

Qeyd olunub ki, Gürcüstanda bu ilin sonuna inflyasiya 5,4 faiz təşkil edəcək. Tədiyyə balansının cari kəsirinin isə  6 faizə qədər yaxşılaşacağı proqnozlaşdırılır.

Qeyd edək ki, BVF-nin missiyası 11-17 sentyabr tarixlərində Gürcüstanda səfərdə olub və Baş nazir, İqtisadiyyat naziri, Milli Bankın prezidenti və özəl sektor nümayəndələri ilə görüşlər keçirib.