Dollar yenidən bahalaşmağa başlayıb – rəsmi məzənnə açıqlanıb

İqtisadiyyat Manshet

Gürcüstanın milli valyutası olan lari ABŞ dollarına qarşı yenə ucuzlaşıb.

Nsa.ge xəbər verir ki, Gürcüstan Mərkəzi Bankının bu gün saat 17:00-da 3 sentiyabra müəyyənləşdirdiyi rəsmi məzənnəyə əsasən, 1 dollar 2.9614 lariyə bərabər olub. Bu gün isə rəsmi məzənnə ilə 1 dolların alışı 2.9457 lari ilə həyata keçirilib.

Avronun dəyərində isə azalma qeydə alınıb. Rəsmi məzənnəyə əsasən 1 avronun alış qiyməti 3.2481 lari olaraq müəyyənləşib. Bu gün avronun lariyə qarşı məzənnəsi isə 3.2523 lari təşkil edib.