Dünya Bankı Gürcüstanda təhsilin inkişafına 90 milyon avro ayıracaq

İqtisadiyyat Manshet

Dünya Bankı Gürcüstanda təhsilin inkişafına 90 milyon avro ayıracaq.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze hökümətin sessiyasından öncə keçirdiyi brifinqdə məlumat verib. 

Bildirib ki, bu barədə razılaşma sabah imzalanacaq: “Dünya Bankı Gürcüstanda təhsil islahatlarını dəstəkləyən əsas institutlardan biridir. Bu məbləğ innovasiya, inkluziv təhsil və keyfiyyətli layihələrə ayrılacaq. Layihə Gürcüstanda insan kapitalının inkişafı baxımından önəm daşıyır”.

Baş nazir bildirib ki, proqram dağ kəndlərində yaşayan, eləcə də etnik azlıqların yaşadığı bölgələrdə təhsil alan məktəblilərin təhsilinin inkişaf etdirilməsinə də xidmət edəcək.