Pensiyə fondundan qeydiyyatdan keçməyənlər cərimələnəcək

Manshet İqtisadiyyat

Qanuna tabe olmayan və sistemdə qeydiyyatdan keçməyən şirkətlərə qanunla nəzərdə tutulmuş sanksiyalar veriləcək.

Nsa.ge məlumat verir ki, bununla bağlı təqaüd agentliyinin direktoru Levan Surquladze İPN-ə açıqlama verib.

Onun bildirdiyinə görə, birinci dəfə 500 lari, qanun pozuntusu davam edərsə 1000 lari dəyərində cərimə tətbiq ediləcək.

Təqaüd agentliyinin direktorunun qeyd etdiyinə görə, hal – hazırda gəlir xidmətinin göstəriciləri analiz edilir və nəticədə təqaüd sistemində qeydiyyatdan keçməkdən yayınan şirkətlər məlum olacaq.

“Hal- hazırda gəlir xidmətinin göstəricilərinin analizi prosesindəyik. Nəticədə təqaüd sistemində qeydiyyatdan keçməkdən yayınan şirkətlər məlum olacaq. Bu cür şirkətlər ilkin mərhələdə 500 lari, daha sonar isə 1000 lari cərimələnəcəklər”- Levan Surquladze

NSA.GE