Gürcüstan 2019-cu ilin iyul və avqust aylarında təxminən 113 milyon dollar itirib

Manshet İqtisadiyyat

Rusiyadan aviareyslərin qadağan edilməsinə görə Gürcüstan 2019-cu ilin iyul və avqust aylarında təxminən 113 milyon dollar itirib.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Kvrivişvili danışıb.

Onun sözlərinə görə, sentyabrda Rusiyadan turist axını 20 faizə qədər azalıb. Bu isə öz növbəsində özəl sektora, biznes və turizm sənayesinə mənfi təsir göstərib.