Gürcüstan ABŞ ilə birbaşa aviareyslər barəsində danışıqlara başlayır

İqtisadiyyat

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnavanın başçılıq etdiyi nümayəndə heyəti ABŞ-a yola düşüb. 

Nsa.ge xəbər verir ki, nazir Gürcüstan və ABŞ arasında birbaşa aviauçuşların başlanılması ilə bağlı iki aparıcı aviaşirkəti ilə danışıqlar aparacaq.

İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatına görə, nazir “Delta Air Lines”-və “United airlines” şirkətinin nümayəndələri ilə görüşəcək və onlara Gürcüstan barəsində ətraflı təqdimatı təqdim edəcək.

ABŞ ilə birbaşa aviareyslər barəsində danışıqların başlanılması haqqında Natiya Turnava hələ cari ilin avqustunda bildirmişdi.

Səfərin təşkilində İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi ilə birlikdə ABŞ-ın Gürcüstandakı Səfirliyi iştirak etdi.