Gürcüstan Azərbaycan qazının idxalını artırıb

Manshet İqtisadiyyat

Azərbaycan Gürcüstana ixrac etdiyi təbii qazın həcmini artırıb.

Nsa.ge-nin Gürcüstan Milli Statistika Ofisinin hesabatına istinadən verdiyi məlumata görə, cari ilin yanvar-iyun ayları ərzində Azərbaycan Gürcüstana 165 mln. ABŞ dollarından çox 985 624 ton təbii qaz ixrac edib.

Ötən ilin analoji dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 2% və 7,7% artıb.