Gürcüstan-Azərbaycan sərhədindən Türkiyəyə qədər yolda gedilən vaxt iki dəfə azalacaq

Manshet İqtisadiyyat

“Şərq-Qərb avtomagistralının tikintisi başa çatandan sonra “Qırmızı körpü” məntəqəsindən “Sarpi”yə qədər yolda gedilən vaxt iki dəfə azalacaq”.

Nsa.ge Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin müavini, Avtomobil Yolları Departamentinin rəhbəri İrakli Karseladze bildirib.

Onun sözlərinə görə, Şərq-Qərb avtomagistralı Gürcüstan üçün çox önəmli layihədir: “Bu yol Azərbaycanla sərhəddə yerləşən “Qırmızı körpü” məntəqəsindən başlayır və Türkiyə ilə sərhəddəki “Sarpi” məntəqəsinə qədər davam edir və 430 kilmoter təşkil edir. Yolun 200 kilometri artıq inşa olunub. Hazırkı 460 kilometrlik məsafə 30 kilometr qısalacaq. Əgər bu gün bu yolun qət olunmasına 8 saat səf olunursa, gələcəkdə tələb olunan vaxt iki dəfə azalaraq 4-4,5 saat təşkil edəcək. Yolda hərəkət tam təhlükəsiz olacaq”.

Qeyd edək ki, Şərq-Qərb avtomagistralı layihəsinin 2021-2022-ci illərdə başa çatdırılması nəzərdə tutulub.