Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını azaldıb

İqtisadiyyat Manshet

Bu ilin ilk altı ayı ərzində Gürcüstanın Azərbaycandan idxal etdiyi elektrik enerjisinin dəyəri azalıb. 

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika ofisinin hesabatında bildirilib.

Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycan bu ölkəyə 26 711 400 ABŞ dolları həcmində elektrik enerjisi ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,6% azdır.