Gürcüstan hökuməti elektrik enerjisinin idxal proqnozunu azaldıb

İqtisadiyyat Manshet

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi elektrik enerjisi idxalı proqnozunu azaldıb.

Nsa.ge nazirliyə istinadən verdiyi məlumata görə, ötən ilin sonunda təsdiq edilən balans hesabatına əsasən, 2019-cu ildə idxalın həcmi 2,8 mlrd. kVt-saata bərabər olub. Yeni balans hesabatında isə bu rəqəm 1,6 mlrd. kVt-saata qədər azaldılıb. Cari ildə idxal bir əvvəlki ilə görə 7% artacağı bildirilir.

İxrac proqnozlarının azaldılmasının cari ildə elektrik istehlakının azalması ilə bağlıdır.

Gürcüstanın elektrik enerjisi ixracatı yeni proqnoz balansında 696 mln. kVt-saatdan 426 mln kVt-saata qədər azaldılıb.

İstehlakçılara verilmiş elektrik enerjisinin ümumi həcminə gəldikdə isə proqnoz dərəcəsi 14,2 mlrd. kVt-saatdan 13,3 mlrd. kVt-saata qədər endirilib.

Qeyd edək ki, Azərbaycan Gürcüstanın əsas elektrik enerjisi tədarükçüsüdür. Gürcüstan Milli Statistika Ofisinin hesabatına görə, cari ilin yanvar-may ayları ərzində Gürcüstan Azərbaycandan 26,274 mln. ABŞ dolları dəyərində elektrik enerjisi idxal edib.