Gürcüstan iqtisadiyyatı 5% artıb

İqtisadiyyat

Bu ilin avqust ayında Gürcüstanda ÜDM-in artım tempi 5,8% təşkil edib.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi  hesabatında bildirilib.

Qeyd olunub ki, cari ilin 8 ayında ölkədə ÜDM-in artım tempi 5% olub.

Cari ilin avqust ayı ərzində ölkədə  iqtisadi artım daha çox tikinti, daşımalar, ticarət, istehsal və hotel-restoran sahələrində qeydə alınıb. Mədən sənayesi, elektrik, qaz və su təchizatı sahələrində isə azalma qeydə alınıb.