Gürcüstan Milli Bankı uçot dərəcəsini artırıb

İqtisadiyyat Manshet

Gürcüstan Milli Bankı uçot dərəcəsini 0,5% bəndi artıraraq 7%-ə çatdırıb.

Nsa.ge xəbər verir ki, bu barədə bankın Monetar siyasət komitəsi qərar qəbul edib.

Bankdan bildirilib ki, avqustda illik inflyasiya 4,9% təşkil edib. Yüksək inflyasiya səviyyəsini bir neçə faktor əsaslandırıb ki, bunlardan da biri siqaretə tətbiq olunan aksiz vergisidir. Eyni zamanda nominal effektiv məzənnənin də son zamanlar inflyasiyaya təsiri artıb.

Milli Bank inflyasiyanın mübadilə kursundan yaranan mənfi təsirin zəyifləşməsinə qədər monetar siyasətini gücləndirməyə davam etməyə hazır olduğunu bildirib.

Bununla yanaşı Milli Bank mövcud olan iqtisadi proseslərə və maliyyə bazarlarına diqqət etməyə davam edəcəyini və əlində olan bütün resursları qiymətlərin stabilləşdirilməsi üçün istifadə edəcəyini açıqlayıb.

Monetar siyasət komitəsinin növbəti iclası 2019-cu ilin oktyabrın 23-də keçiriləcək.