Gürcüstan Milli Bankının valyuta ehtiyatı azalıb

Manshet İqtisadiyyat

İyulun 31-də Gürcüstan Milli Bankının beynəlxalq valyuta ehtiyatları 3 mlrd. 674 mln. ABŞ dolları təşkil edib.

Nsa.ge xəbər verir ki, Gürcüstan Milli Bankının məlumatında bu rəqəmin iyunun 30-u ilə müqayisədə 61.6 mln. dollar az olduğu qeyd edilib.

Bildirilib ki, avqustun 1-də Milli Bank 40 milyon dollar hərraca çıxarıb ki, bu 32,8 milyon dolları satılıb.

Ötən illə müqayisədə isə Gürcüstan Milli Bankının valyuta ehtiyatlarının 748 milyon dollar artdığı bildirilib.