Gürcüstan qeyri-ənənəvi bazarlara şərab ixracını kəskin artırıb

İqtisadiyyat Manshet

2013-2018-ci illər ərzində Gürcüstan qeyri-ənənəvi bazarlara şərab ixracını 3 dəfə artırıb.

Nsa.ge-nin “Galt and Taggart” tərəfindən şərab və spirtli içkilər sektoru üzrə aparılan araşdırmanın nəticələrinə istinadən verdiyi məlumata görə, gürcü şərablarının Asiyada istehlakı ötən illər ərzində yüksəlib və Gürcüstanın şərab ixracından gəlirləri 120 mln. ABŞ dollarınadək yüksələ bilər.

Qeyd olunub ki, bu, Rusiyadan əldə olunan mövcud gəlirdən daha çoxdur.