Gürcüstan təyyarələri Rusiyaya Ermənistanın hava məkanından uçacaq

İqtisadiyyat Manshet

Gürcüstan təyyarələri Rusiyaya Ermənistanın hava məkanından uçacaq.

Nsa.ge xəbər verir ki, bunu “Georgian Airways” hava şirkətinin Tamuna Tandaşvili “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, gündə iki dəfə uçuş olacaq: “Bu zaman sərnişinlər göyərtəni tərk etməyəcək, baqajı götürməyəcəklər”.

T.Tandaşvili bildirib ki, bu aviaşirkət artıq biletləri almış 40 min sərnişini daşıyacaq.

Qeyd edək ki, iyulun 8-dən Rusiya Gürcüstana uçuşları qadağan edib.