Gürcüstan, Türkiyə və Azərbaycan arasında yeni əməkdaşlıq

Manshet Dünya İqtisadiyyat

Gürcüstan, Türkiyə və Azərbaycan fındıq istehsalı sahəsində əməkdaşlığa başlayıblar.

Nsa.ge-nin məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Türkiyə lideri qeyd edib ki, bu sahədə əməkdaşlıq çox vacibdir:

“Hər üç ölkə dünya bazarında əsas fındıq tədarükçüləri hesab olunur. Dünya bazarında fındıq ixracatının 80 faizi Türkiyə, Azərbaycan və Gürcüstanın payına düşür”.

R.T.Ərdoğan əlavə edib ki, bu sahədə əməkdaşlıq fındığın dünya bazarlarına tədarük həcmini artıracaq.