Gürcüstan yanacaq idxalını azaldıb

İqtisadiyyat Manshet

Bu ilin yanvar-iyun aylarında Gürcüstan 494,3 min ton benzin və dizel yanacağı idxal edib.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyi məlumat yayıb.

İllik müqayisədə Gürcüstan yanacaq məhsullarının idxalını 228 min ton azaldıb.

İdxal olunan yanacağın 259,7 min tonunu benzin, 234,6 min tonunu isə dizel təşkil edib.

Bu ilin ilk yarısında Gürcüstan ən çox Rusiyadan benzin və dizel idxal edib. Gürcüstanın ümumi yanacaq idxalının 30,7%-i (151,8 min ton) bu ölkənin payına düşüb.

Hesabat dövründə Gürcüstan Rumıniyadan 130,2 min ton, Azərbaycandan 97 min ton, Bolqarıstandan 47 min ton, Türkmənistandan 42,6 min ton, Yunanıstandan 25,1 min ton yanacaq alıb.