Gürcüstan yeni qaz tariflərini müəyyənləşdirir

İqtisadiyyat

Gürcüstanda təbii qazın istifadəsinə görə tariflər yenidən müəyyənləşdirilir.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyası (GNERC) məlumat yayıb.

Belə ki, Gürcüstanda təbii qaz qiymətlərini müəyyən etmək üçün inzibati məhkəmə işinə başlanır və komissiyanın dekabrın 31-dək yeni tarifləri müəyyənləşdirməsi planlaşdırılır.

Yeni tariflər “Tbilisi Enerji” (“KazTransGaz”), “SOCAR Georgia Gas”, eləcə də kiçik şirkətlərin təbii qaz təchizatı, paylanması, işlənməsi və istehlakı istiqamətində müəyyənləşdiriləcək.