Gürcüstana edilən birbaşa xarici investisiyaların həcmi kəskin azalıb

İqtisadiyyat Manshet

Bu ilin II rübündə Gürcüstana edilən birbaşa xarici investisiyaların həcmi 187 mln. ABŞ dolları təşkil edib. 

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında deyilir.

Bu göstərici 2018-ci ilin hesabat dövrü ilə müqayisədə 53,7% azdır.

Hesabat dövründə Gürcüstanın ən iri investoru 58,1 mln. dollarla Hollandiya olub. İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq Türkiyə (36 mln. dollar) və ABŞ (27,5 mln. dollar) qərarlaşıb. Azərbaycan bu siyahıda 4-cü olub (15,8 mln. dollar).

Hesabatda Gürcüstana edilən birbaşa xarici investisiyaların həcminin kəskin azalmasının əsas səbəbi kimi ölkədə həyata keçirilən boru kəməri layihələrinin başa çatması göstərilib.