Gürcüstana gələn turistlərə hava limanında gürcü şərabı hədiyyə ediləcək

İqtisadiyyat Manshet

Milli Turizm administrasiyası yeni kampaniyaya başlayır, Gürcüstana gələn turistlərə  hava limanında gürcü şərabı hədiyyə ediləcək.

Nsa.ge xəbər verir ki, Milli Turizm Administrasiyası bu kampaniya üçün 300 000 şişə brenləşdirilmiş şərab alacaq, şərabların üzərində xüsusi etiket olacaq. Alınan şərabların qiyməti təqribən milyon laridir.

Hədiyyəlik şərab, 100 faizlik Saperavidən hazırlanan quru və qırmızı şərab olacaq.

Turizm administrasiyasının dediyinə görə, bu kampaniyanın məqsədi gürcü şərabının populyarizasiyası və turistlərin buraya cəlb olunmasıdır.