Gürcüstana gələn turistlərin 20 faiz azalmasına baxmayaraq, Gürcüstana səfər edənlərin sayında yenə bu ölkə liderlik edir

Manshet İqtisadiyyat

Rusiyadan gələn yolçuların sayı keçən ilin eyni dövrünün göstəricilərindən 20.6 faizlə azalıb, ancaq statistikada yenə Rusiya liderlik edir.

Nsa.ge xəbər verir ki, bu haqda Milli Turizm Administrasiyası cari ilin sentyabr ayının detallı statistikasında bildirib.

Sentyabrda Rusiyadan 147 425 yolçu gəlib, Azərbaycandan 145 482 (+4.8 faiz), Ermənistandan 128 670 (+8.1 faiz), Türkiyədən isə, 89 294 (+8.3 faiz).

Rusiya yanvar-sentyabr aylarının göstəricilərində də liderlik edir.

Cari ilin 9 ayında Rusiyadan 1 205 974 yolçu gəlib, (+8.7 faiz), Azərbaycandan 1 169 831 səfər (+6.8 faiz), Ermənistandan 993 144 (+3.9 faiz), Türkiyədən 907 350 (+1.7 faiz).