Gürcüstana səfər edən turistlərin sayı artıb

İqtisadiyyat Manshet

Ötən ay Gürcüstana 424 514 turist səfər edib.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb.

İllik müqayisədə turistlərin sayı 64 770 nəfər artıb.

May ayında ölkəni, ümumilikdə, 723 160 əcnəbi ziyarət edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 14,2% çoxdur.

Yanvar-may aylarında isə Gürcüstana 2 988 478 əcnəbi səfər edib. Bu da illik müqayisədə 5,4% çoxdur. Turistlərin sayı isə 1 655 163 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 121 378 nəfər və ya 7,9% çoxdur. 

NSA.GE