Gürcüstana yeni avtobuslar gətirilir

Manshet İqtisadiyyat Texnologiya

Tbilisinin nəqliyyat şirkəti tərəfindən 220 ədəd 8 metrlik avtobus almaq üçün açıqlanan hərracda qalib şirkət bəlli olub.

Nsa.ge məlumat verir ki, “Gi Ti” qrup şirkəti Gürcüstana 220 ədəd avtobus gətirəcək.

Qeyd edək ki, meriyanın nəqliyyat şirkəti qalib “Gi Ti” qrupla aprelin 24-də müqavilə bağlayıb. Müqaviləyə görə, avtobuslar eyni marka və eyni modeldədir. Söhbət “İSUZU” marкalı avtobuslardan gedir. Avtobusların buraxılma tarixi isə 2019-cu ildir.

Onu da bildirək ki, avtobus 2800 km-dən çox hərəkət edə bilir.

Avtobusların gətirilməsi müqavilə imzalandıqdan 8 ay sonra gətiriləcək. Avtobusların hərrac dəyəri təxminən –79 564 320 lari idi. “Gi Ti” qrup tərəfindən təklif olunan məbləğ isə 64 790 000 lari olub.

Hərracda “Gi Ti” qrupdan başqa 3 şirkətdə iştirak edib. Bunlardan “ Qravita” şirkəti diskfalifikasiya olub.

NSA.GE