Gürcüstanda ABŞ dollarının avqustun 30-na olan məzənnəsi açıqlanıb

İqtisadiyyat Manshet

ABŞ dollarının avqustun 30-na olan rəsmi məzənnəsi açıqlanıb.

Nsa.ge xəbər verir ki, Gürcüstan Milli Bankının avqustun 30-na müəyyən etdiyi rəsmi məzənnəyə əsasən 1 dollar 2.9379 lari olaraq müəyyənləşdirilib. Bu gün isə 1 dolların rəsmi məzənnəsi 2.9415 lari təşkil edib.

Gürcüstanın milli valyutası avro qarşısında da möhkəmlənib.

Belə ki, Milli Bankın müəyyən etdiyi məzənnəyə əsasən avqustun 30-da 1 avro 3.2531 lari təşkil edəcək. Bu gün isə 1 avronun rəsmi məzənnəsi 3.2671 lari olub.