Gürcüstanda benzinin qiyməti artıb

İqtisadiyyat Manshet

Martın 28- dən sonra Nyu- Yorkun neft birjasında demək olar ki, qiymət 5 dollar qalxıb. Bu isə il ərzində maksimuma bərabərdir. Son 1 həftə ərzində Nyu – York bazarında neftin qiyməti 60 sent artaraq 64 dolları təşkil edib.

Londona gəldikdə isə, burada da neftin qiyməti 28 mart tarixindən sonra qalxıb. Belə ki, neftin qiyməti 5 dollar artıb və son 1 həftə ərzində 80 sent olaraq 71 dollar 97 senti təşkil edib.

Nsa.ge Bussines mediaya istinadən xəbər verir ki, son vaxtlarda bu istiqamətlə qiymətlərin qalxmasının səbəbi Səudiyyə Ərəbistanından ixracın azaldılması və buna görə də ABŞ- ın təminatının kiçilməsidir.

Göstəricilərə görə, Amerikanın təminatı son 4 həftə ərzində ilk dəfə azalıb. Səudiyyə Ərəbistanından ixrac 277 000 barel azalıb. Bundan başqa Amerikanın Venessuelaya və İrana olan sanksiyalarıdır və cəmdə hər şey, “ qara qızıl” – ın qiymətinin qalxmasına da səbəb olub.

Gürcüstana gəldikdə isə, son 1 həftə ərzində 2 neft şirkəti “ Visol və Lukoil” premium və regular tipli yanacağı 5 və 4 qəpik bahalaşdırıb.Əgər dünyada mövcud olan tendensiyalar dəyişməsə, qiymətlər bir neçə qəpik yenə artacağı gözlənilir. Artım yalnız “ Visol” və “ Lukoil” deyil, həmçinin neftşirkətlərinin 5- i tərəfindən baş tutacaq.

NSA.GE