Gürcüstanda çörəyin qiymətinin artacağı gözlənilir

Manshet İqtisadiyyat

Gürcüstanda çörəyin qiymətinin artacağı gözlənilir. 

Nsa.ge xəbər verir ki, Gürcüstan Taxıl İstehsalçıları Assosiasiyasının icraçı direktoru Levan Silaqava Gürcüstan milli valyutasının dollar qarşısında ucuzlaşması səbəbi ilə bahalaşmanın qaçılmaz olduğunu bildirib.

O qeyd edib ki, əvvəlki qiymətlər 1 ABŞ dollarının məzənnəsinin 2,75 lari təşkil etdiyi şərtlər daxilində müəyyənləşdirilib.

“Hazırda isə 1 dollar 3 lariyə bərabərdir və un kisəsinin qiymətində lari ilə artım olacaq. Bu, çörəyin qiymətinə təsir edəcək”, – deyə L. Silaqava bildirib.