Gürcüstanda dollar və avro sürətlə bahalaşmaqda davam edir

İqtisadiyyat Manshet

Gürcüstanda ABŞ dolları və avronun milli valyuta olan lariyə münasibətdə bahalaşma tendensiyası davam edir.

Nsa.ge xəbər verir ki, Gürcüstan Milli Bankının iyunun 28-nə müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,8791 lari təşkil edir.

Bugünkü məzənnə ilə müqayisədə ABŞ dolları 0,0321 lari bahalaşıb.

Bir avronun qiyməti isə bugünkü məzənnə ilə müqayisədə 0,0402 lari artaraq 3,2758 lariyə bərabər olub.