Gürcüstanda dolların məzənnəsi gündən günə artmaqda davam edir

Manshet İqtisadiyyat

Gürcüstanda dolların məzənnəsi gündən günə artmaqda davam edir.

Nsa.ge xəbər verir ki, Gürcüstan Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə əsasən, mayın 31-də 1 ABŞ dolları 2,8023 lari təşkil edəcək.

Bugünkü məzənnə ilə müqayisədə dolların qiymətində 0,0026 lari artım qeydə alınıb.

Yerli ekspertlərin proqnozuna əsasən, dolların bahalaşması ölkədə ilkin tələbat məhsullarının qiymətinin artmasına səbəb olacaq.