Gürcüstanda fərdi qaz istehlakçılarının sayı artıb

Manshet İqtisadiyyat

Gürcüstanda fərdi qaz istehlakçılarının sayı 1 239,22 minə çatıb. 

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Enerji və Su Təchizatı Komissiyasının ( GNERC ) sədri İrina Milorava parlamentə təqdim etdiyi hesabatında məlumat verib.

Onun sözlərinə görə, 2018-ci ildə yeni yaşayış məntəqələrinin qazlaşdırılması prosesi davam edib və ötən ildə qazın tarifində artımların olması bu sahəyə edilən sərmayələrlə bağlı olub.

Komissiya sədri bildirib ki, yaxın vaxtlarda Gürcüstanda qaz satışında qiymət artımı gözlənilmir.

Qeyd edək ki, Azərbaycan Gürcüstanın əsas qaz tədarükçüsüdür. Gürcüstan Milli Statistika Ofisinin hesabatına görə, cari ilin yanvar-aprel ayları ərzində Azərbaycan Gürcüstana 146 523,6 min ABŞ dolları dəyərində 857 259,5 ton qaz ixrac edilib. 2019-cu ildə Gürcüstanın qaz tədarükünün təxminən 95%-nin Azərbaycanın payına düşəcəyi bildirilir.

NSA.GE