Gürcüstanda “Forsaj-9” filminin çəkilişlərinə başlanılıb

Manshet İqtisadiyyat

Tbilisidə “Forsaj-9” (Fast and Furious – 9) filminin bəzi səhnələrinin çəkilişinə başlanılıb.

Nsa.ge xəbər verir ki, sentyabrın 20-dək davam edəcək çəkilişlərlə əlaqədar Gürcüstan paytaxtının müəyyən küçələrində nəqliyyatın hərəkəti vaxtaşırı məhdudlaşdırılacaq. Tbilisidə çəkilişlər əsasən Rustaveli və Vazha-Pshavela prospektlərində, Azadlıq meydanında, Puşkin, Besarion Jqenti, Avto Varazi və Universitet küçələrində aparılacaq.

Filmin çəkilişləri Tbilisi ilə yanaşı Rustavi rayonunda da aparılacaq. Burada çəkiliş məkanı kimi  Rustavi maşın bazarı seçilib.

Qeyd edək ki, “Forsaj – 9” filminin Gürcüstanda çəkilişləri “Gürcüstanda çək” dövlət proqramı şərşivəsində baş tutub.