Kənd təsərrüfatı ilə məşğul olmaq istəyən əcnəbilər ölkəyə sərmayə yatırmalı olacaq

İqtisadiyyat Manshet

“Gürcüstanda kənd təsərrüfatı ilə məşğul olmaq istəyən əcnəbi vətəndaşlar ölkəyə sərmayə yatırmalı olacaqlar”.

Nsa.ge Report-a istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin Maliyyə-büdcə komitəsinin iclasında Aqrar məsələlər üzrə komitənin sədri Otar Danelia bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatı torpaqları üzərində mülkiyyət hüququ ilə bağlı qanun layihəsində xarici ölkə vətəndaşları üçün müəyyən sanksiyalar nəzərdə tutulub: “Biz Gürcüstan və xarici vətəndaşlar üçün bərabər şərait yaratmaq imkanına malik deyilik. Gürcülər üçün əcnəbilərdən daha yaxşı şərait yaratmalıyıq”.

O.Danelia qeyd edib ki, əcnəbilərin mülkiyyətində olan və istifadə edilməyən torpaq sahələrinin onların əllərindən alınması məsələsi qanun layihəsindən çıxarılıb.

Komitə sədri hesab edir ki, yeni qanunun qəbul olunması Gürcüstana yatırılan sərmayələrin azalmasına səbəb olmayacaq: “Yeni tənzimləmələr sərmayədarlara daha çox stumil verəcək. Belə ki, torpaq bazarı lazım olduğu kimi tənzimlənəcək”.

NSA.GE