Gürcüstanda rusiyalı turistlərin sayı 70 faiz azalıb

İqtisadiyyat Manshet

Rusiyadan Gürcüstana gələn turistlərin sayı 70% azalıb.

Nsa.ge xəbər verir ki, bu haqda “İzvestiya” qəzetinə Rusiya turizm sənayesi birliyinin vitse-prezidenti Yuriy Barzıkin bildirib.

Onun sözlərinə görə, hazırda Rusiya vətəndaşları Gürcüstana yalnız yerüstü nəqliyyat vasitəsi ilə, o cümlədən qonşu Azərbaycan və Ermənistan ərazisindən tranzitlə gəlirlər. Avia əlaqənin bərpası yaxın zamanda gözlənilmir.  

Qəzetin diplomatik mənbələrdən aldığı xəbərə görə, Rusiya ilə Gürcüstan arasında uçuşlar ən azı 2020-ci ilin oktyabr ayına kimi, bu ölkədə keçiriləcək parlament seçkilərinə qədər bərpa olunmayacaq.