Gürcüstanda ÜDM 4,5% artıb

Manshet İqtisadiyyat

2019-cu ilin ikinci rübündə Gürcüstanda Ümumdaxili Məhsul 11 026.3 milyon lari təşkil edib.  

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Hesabata əsasən, ölkədə ÜDM illik müqayisədə 4,5%, ÜDM deflyatoru isə 3,8% artıb.

Əsas artımlar daşımalar (17,9%), daşınmaz əmlak, kirayə və biznes fəaliyyətləri (16,9%), hotel və restoran xidmətləri (14,1%), elektrik, qaz və su təchizatı (11,5%) və kommunikasiya (10,8%) sahələrində qeydə alınıb.