Gürcüstanda vergi daxilolmalarının həcmi açıqlanıb

Manshet İqtisadiyyat

2019-cu ilin ilk dörd ayı ərzində Gürcüstanda büdcəyə vergi daxilolmaları 3 milyard larini keçib.

Nsa.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Dövlət Audit Ofisi məlumat yayıb.

Bildirilib ki, cari ilin yanvar-aprel ayları ərzində dövlət büdcəsi 3 milyard 72 milyon 123 min 500 lari həcmində vergi daxilolmaları əldə edib. Bu rəqəm ümumi vergi yığımlarının 90.6 faizinə bərabər olub.

Cari ilin ilk dörd ayında dövlət büdcəsinin ümumi gəlirləri 3.4 milyard lari olub ki, bu da illik planın 33 faizinə bərabər olub. Dövlət büdcəsinin ümumi daxilolmalarında 199 milyon 243 min 300 lari qrantların, 120 milyon 57 min 600 lari isə digər gəlirlərin payına düşüb.

Dövlət Audit Ofisinin məlumatına görə, 2019-cu ilin illik vergi gəlirləri Gürcüstanda ÜDM-nin 25.8 faizinə bərabər olub.