Gürcüstanda yeni dəniz limanı inşa edilir

İqtisadiyyat

Gürcüstanın Poti şəhərində yeni dəniz limanının tikintisinə başlanılacaq.

Nsa.ge-nin məlumatına görə,  layihənin ilkin mərhələsinin icrasına  250 milyon dollar ayrılacaq.

Layihənin əsasən Avropa ölkələrindən gələn investisiya hesabına həyata keçiriləcəyi bildirilir.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi mövcud limanın şimalında yeni limanın tikintisi üçün əlverişli dərin su imkanlarının olduğunu təsdiqləyib.

Yeni limanın illik yük qabiliyyətinin 9 milyon ton olacağı bildirilir.