Gürcüstandan Azərbaycana dərman idxalı kəskin azalıb

Manshet İqtisadiyyat

Azərbaycanın Gürcüstandan idxal etdiyi dərman vasitələrinin həcmi azalıb.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Belə ki, cari ilin yanvar-iyul ayları ərzində Gürcüstandan Azərbaycana 17 905,3 min ABŞ dolları dəyərində 459,9 ton dərman idxal edilib.

2018-ci ilin hesabat dövrü ərzində isə Gürcüstandan  20 234,0 min ABŞ dolları dəyərində 1 578,8 ton dərman idxal edilib.