Gürcüstandan Rusiyaya şərab ixracı 27 faiz azalıb

İqtisadiyyat Manshet

Bu ilin iyulunda Gürcüstandan Rusiyaya şərab ixracı 27 faiz azalıb.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Şərab Agentliyi məlumat yayıb.

Bildirilib ki, Gürcüstanın şərab ixracında ən böyük paya sahib olan Rusiya bazarlarında kəskin itkilərlə üzləşməsi 2019-cu ilin yayında baş verən siyasi proseslərlə əlaqəli olub. 

Agentliyin məlumatına görə, may ayında Gürcüstan Rusiyaya  4 522 250, iyunda 4 209 866, iyulda 3 550 264 şüşə şərab ixrac edib.

Bu rəqəmlərə əsasən Rusiyaya şərab ixracında ötən ilin analoji dövrləri ilə müqayisədə aylar üzrə müvafiq olaraq 27, 28 və 18 faiz azalma olub.