Gürcüstanın builki turizm gəlirləri açıqlanıb

İqtisadiyyat Manshet

Gürcüstanın may ayında beynəlxalq turizmdən əldə etdiyi gəlirləri 281 milyon ABŞ dolları təşkil edib. 

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Turizm İdarəsinin hesabatında bildirilib.

Qeyd olunub ki, bu, ötən ilin analoji dövrü ilə müqaisədə 35 milyon ABŞ dolları və ya 14.2 faiz çoxdur.

Hesabatda bildirilib ki, cari ilin yanvar-may aylarında Gürcüstanın beynəlxalq turizmdən gəlirləri 1.1 milyard ABŞ dolları təşkil edib. Bu isə əvvəlki ilin hesabat dövründən 101 milyon ABŞ dolları çoxdur.

Qeyd edək ki, bu ilin il beş ayında Gürcüstana 2 988 478 əcnəbi səfər edib. Turistlərin sayı 1 655 163 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 121 378 nəfər və ya 7,9% çoxdur.