Gürcüstanın maliyyə naziri larinin ucuzlaşmasına münasibət bildirib

Manshet İqtisadiyyat

“Larinin ucuzlaşmasında qeyri-adi heç nə yoxdur, bu qısamüddətli tərəddüddür”.

Nsa.ge Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın maliyyə naziri İvane Maçavariani milli valyutanın dollara münasibətdə dəyərdən düşməsini şərh edərkən bildirib.

Nazir larinin ucuzlaşması ilə bağlı təşvişə ehtiyacın olmadığını qeyd edərək bunun bütün ölkələr üçün xarakterik olduğunu deyib: “Qısamüddətli tərəddüdlər bütün, xüsusən də kiçik iqtisadiyyata malik inkişaf etməkdə olan ölkələr üçün xarakterikdir”.

İ.Maçavariani milli valyutanın məzənnəsinin dəyişməsinin biznesə mənfi təsir etməsi ilə bağlı fikirlərin yanlış olduğunu qeyd edib. 

NSA.GE