Gürcüstanın neft məhsulları idxalı azalıb

İqtisadiyyat Manshet

Bu ilin yanvar-iyul ayları ərzində Gürcüstanın neft və neft yağları idxalı 17,3% azalıb.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında məlumat verilib.

Belə ki, cari ilin yanvar-iyul ayları ərzində Gürcüstan  404 383.6 min ABŞ dolları dəyərində neft və neft yağları idxal edib ki, bu da ümumi ixracın  8,1%-nə bərabər olub. Ötən il isə Gürcüstan 489 258.8 min ABŞ dolları dəyərində məhsul idxal edib. Bu, ümumi idxalda 9,4% təşkil edib.

Yanvar-iyul ayları ərzində Gürcüstanın idxal etdiyi qaz və qazlı hidrokarbonların idxalı isə 7% artaraq 189 763,9 min ABŞ dollara çatıb. Bu, ümumi idxalda 3,8% təşkil edib.

Hesabata əsasən ötən il Gürcüstan 177 385,4 min ABŞ dolları dəyərində məhsul idxal edilib ki, bu da ümumi idxalda 3,4% təşkil edib.