Gürcüstanın turizm gəlirləri artıb

İqtisadiyyat Manshet

2019-cu ilin yanvar-aprel  ayları ərzində Gürcüstanın turizmdən gəlirləri 856 milyon dollar olub.

Nsa.ge xəbər verir ki,, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında məlumat verilib.

Bildirilir ki, bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 66 milyon dollar və ya 8.4% çoxdur. Hesabatda qeyd olunub ki, təkcə aprel ayı ərzində Gürcüstanın turizmdən əldə etdiyi gəlir  277 milyon dollara çatıb. Bu göstərici ötən illə müqayisədə 28 milyon dollar və ya 16% çoxdur.

NSA.GE