Gürcüstanın turizmdən gəliri artıb

İqtisadiyyat Manshet

Bu ilin yanvar-iyun aylarında Gürcüstanın xarici turizmdən əldə etdiyi gəlir 1,5 mlrd. dollar təşkil edib.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb.

İllik müqayisədə gəlirdə 95,4 mln. dollar və ya 7% artım qeydə alınıb.

Yalnız iyun ayında isə Gürcüstan xarici turizmdən 340 mln. dollar qazanıb. Bu da ötən ilin analoji göstəricisindən 14,6 mln. dollar, yaxud 4,5% çoxdur.