Gürcüstanın xarici borcu açıqlanıb

İqtisadiyyat Manshet

Bu ilin birinci rübündə Gürcüstanın ümumi xarici borcu 10,2 mln. ABŞ dolları artıb. 

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatında bildirilir.

Hesabatda qeyd olunub ki, 31 mart 2019-cu il tarixinə olan göstəriciyə görə, Gürcüstanın cəmi xarici borcu 17,8 mlrd. dollara bərabər olub. Ölkənin ümumi xarici borcunun 5,4 mlrd. dolları dövlət sektorunun payına düşüb.

Hesabat dövründə Gürcüstan Milli Bankının xarici borcu 7,2 mln. dollar artıb. Cari ilin birinci rübünün sonunda Milli Bankın ümumi borcu 376,4 mln. dollar təşkil edib. Bunun 200,2 mln. dolları  Gürcüstanın Beynəlxalq Valyuta Fondunun üzvü olanadək ödəmə müddəti və faktiki olaraq heç bir ödəmə öhdəliyi olmayan xüsusi kredit haqqı olduğu bildirilir.