Gürcüstanın xarici ticarət həcmi azalıb

İqtisadiyyat Manshet

Bu ilin yanvar-iyun aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 5 mlrd. 968,3 mln. dollar təşkil edib.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik müqayisədə ölkənin xarici ticarət dövriyyəsi 0,6% azalıb.

Bu ilin birinci yarısında Gürcüstanın ixracı illik müqayisədə 11,5% artaraq 1 mlrd. 775,4 mln. dollar, idxalı isə 4,9% azalaraq 4 mlrd. 192,9mln. dollara bərabər olub. Ticarət kəsiri isə 2 mlrd. 417,4 mln. dollar olub ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 40,5% təşkil edib.