Kutaisidən Brüssel istiqamətinə birbaşa uçuşlar başlanıldı

İqtisadiyyat Manshet

Kutaisi Beynəlxalq Aeroportundan daha bir yeni aviareys Brüsselə yerinə yetirildi. Belçika istiqamətinə müntəzəm aviareyslərə başlanıldı.

Nsa.ge-nin məlumatına görə, ilk reysin sərnişinlərinə aeroportda rəmzi hədiyyələr verilib.

Cari ilin sentyabrın 10-dan “Wizz Air” şirkəti Kutaisidən Bazel, Kopenhaqen, Brüssel, Tallin, Eindhoven, Bari və Poznana birbaşa reysləri yerinə yetirəcək.